Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Qran-Pri” yarışına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası turniri 2 medalla başa vurub.
Sonuncu yarış günündə 100 kq çəki dərəcəsindəki təmsilçimiz Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. O, yarımfinalda Türkmənistan təmsilçisi Sahidjol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.