1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
4 cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulur
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq. Sportnet.az-ın məlumatına görə, 73 kq və 81 kq çəkilərdə çıxış edən idmançılar yarışacaq.
73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov, eləcə də Fəqan Quluzadə təmsil edəcək. Orucovun 1/8 finalda rəqibi olmadığından, o mübarizəyə 1/4 final mərhələsindən start verəcək. Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadim Akramdan üstün olmalıdır. Quluzadə mərhələ keçəcəyi təqdirdə, yarımfinal uğrunda Orucovla görüşməlidir.
81 kq çəkidə Elvin Əhmədli mübarizəyə 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobyova rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srcan Mrvalyeviçə qarşı keçirəcək.
Sabah isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək.
Qeyd edək ki, turnirin ilk günündə 60 kq və 66 kq çəkilərdə Azərbaycanın 4 cüdoçusu mübarizə aparıb. Mehman Sadıqov 60 kq çəkidə turniri 5-ci pillədə başa vurub. Eyni çəkidəki çıxış edən Oruc Vəlizadə, 66 kq-da isə İlqar Müşkiyev və Vüqar Şirinli isə ilk görüşlərində uduzub.