1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz "Böyük Dəbilqə"nin finalında
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, 73 kq çəkinin həlledici görüşündə Orucovun rəqibi isveçli Tommi Makias olacaq.
R.Orucov 1/8 finalda rəqibi olmadığından, mübarizəyə 1/4 final mərhələsindən start verib. Daha bir azərbaycanlı cüdoçu Fəqan Quluzadə 1/8 finalda pakistanlı Nadim Akramdan üstün olub. Nəticədə Azərbaycanın iki idmançısının yolu 1/4 finalda kəsişib. Orucov Quluzadəni məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda BƏƏ idmançısı Viktor Skvortovdan güclü olub.
Quluzadə ilkin təsəlliverici görüşdə braziliyalı Aleks Villiam Pombo Silvaya qalib gəlib. İdmançımız bürünc medal uğrunda rusiyalı Musa Moquşkovla üz-üzə gələcək.
81 kq çəkidə yarışan Elvin Əhmədli və Ruslan Fərruxzadə ilk görüşdə məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.