1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Millimizin sabiq baş məşqçisi 50 yaşında
Bu gün taekvondo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ələkbər İmaməliyevin 50 yaşı tamam olur.
İmaməliyev ad günü ilə bağlı Sportnet.az-a çıqlamasında ona göstərilən diqqətdən danışıb: "Yubileyimin bu gün olmasına baxmayaraq, dünən Taekvondo Federasiyasının rəsmiləri, idmançılarla birgə qeyd etdik. Mən heç kimi dəvət etməmişdim. Məclis zamanı federasiyanın vitse-prezidentləri, baş katibi, idmançılar təbrik etdi. Sevindirici haldır ki, rəsmilərlə yanaşı Radik İsayev, Milad Beigi Herçeqani də bizimlə idi. Bununla yanaşı, Sumqayıtda fəaliyyət göstərən taekvondo məktəbinin müəllimlərindən də təbriklər almışam".
Yubilyar bu günü ailəsi ilə birgə keçirəcəyini bildirib. Onun sözlərinə görə, idmançıların, federasiya rəsmilərinini, dostlarının yanında olması böyük hədiyyədir: "İndi vitse-prezident olan Niyaməddin Paşayevi uşaqlıqdan demək olar ki, mən hazırlamışam. O, Avropa, dünya və ölkə çempionu olub. Fəxr edirəm ki, Niyaməddin indi federasiyanın vitse-prezidentidir".
Qeyd edək ki, İmaməliyev 1966-cı ilin bu günündə dünyaya göz açıb.