Bakıda keçirilən "Böyük dəbilqə" turnirinin ikinci yarış günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. Sportnet.az-ın məlumatına görə, Rüstəm Orucov 73 kq, Məmmədəli Mehdiyev isə 81 kq çəki dərəcəsində bürünc medala sahib olublar.
Bununla da yığmamızın aktivindəki medalların sayı 5-ə çatıb. İlk yarış günündə Orxan Səfərov (60 kq) qızıl, Vüqar Şirinli (60 kq) gümüş, Kifayət Qasımova (57 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, mayın 11-də baş tutacaq son yarış günündə kişilər 90 kq, 100 kq və 100 kq-dan yuxarı, qadınlar isə 78 kq və 78 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar.