1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "Azərbaycanda cüdonun böyük gələcəyi var"
Bakı İdman Sarayında cüdo üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışın açılış mərasiminə qatılan gənclər və idman naziri Azad Rəhimov cüdonun ölkə idman növləri arasında tutduğu mühüm roldan danışıb.
O bildirib ki, 2016-cı il Azərbaycan üçün önəmli il olub. Nazirin sözlərinə görə, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd etməklə yanaşı, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nəticələr ölkə idmanının təntənəsi olub: "18 medaldan Azərbaycan cüdoçularının da payına medallar düşüb. İlk dəfə 2 gümüş medal əldə olunub. Cüdo Azərbaycanda çox populyar növdür. Burada müxtəlif regionlardan xeyli cüdoçu iştirak edir. Cüdonun Azərbaycanda böyük gələcəyi var. Bu, ən populyar növlərdəndir".
A.Rəhimovun fikrincə, olimpiadada, Avropa və dünya çempionatlarında göstərilən nəticələr cüdonun kütləviliyinə xidmət edəcək, bölgələrdə də yeni istedadların yetişməsinə şərait yaradacaq. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli də 450 kişi və qadın cüdoçunun qatıldığı ölkə çempionatının gərgin və maraqlı mübarizə şəraitində yetişməsinə imkanlar yaradacağını bildirib. E.Məmmədli federasiya qarşısında kütləviliyə nail olmağın əsas məqsəd kimi qoyulduğunu vurğulayıb. Daha sonra o, çempionatı açıq elan edib.
Qeyd edək ki, açılış mərasimindən sonra müxtəlif çəki dərəcələri üzrə bütünc medal və final görüşlərinə start verilib.