1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçular yeni qaydalarla tanış oldu
Bakıda təlim-məşq toplanışında olan yeniyetmələrdən ibarət Azərbaycan millisi cüdonun yeni qaydaları barədə məlumatlandırılıb. Sportnet.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov bu ayın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını idmançılar və məşqçi heyətinin diqqətinə çatdırıb.
Yığma komanda hazırda Bakıda təlim-məşq toplanışındadır. Yeniyetmə cüdoçular baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında gələcək beynəlxalq yarışlara hazırlaşırlar. Bu komanda cari ildə Litvada Avropa birinciliyi, Çilidə dünya birinciliyi, Macarıstanda isə Avropa Olimpiya Festivalına qatılacaq.
Toplanışın ilkin mərhələsini başa vuran cüdoçular yanvarın 25-dən təlim-məşq prosesini davam etdirəcəklər.