Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir davam edir.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizə aparır.
Xatırladaq ki, ilk yarış günündə Murad Məmmədov (59 kq) bürünc medal qazanıb.