Azərbaycanda cüdo klubları və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə alınması, eləcə də onlara lisenziyaların verilməsinə dair iclas keçirilib.
Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycan Cüdo Federasiyasında baş tutan mərasimdə quruma ünvanlanan 70-dən çox müraciət baxılıb və onlardan 56-na standartlara cavab verdiyinə görə lisenziya təqdim olundu.
Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, lisenziya klub və təşkilatlara 5 il müddətinə təqdim olunur. Bu da onlara həmin vaxt ərzində Azərbaycan Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək hüququ verir.