Serbiyanın Novi Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 57 kq və 86 kq sərbəst, 48 kq və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb. Azərbaycan təmsilçiləri günü 2 qızıl və 1 gümüş medalla başa vurub.
57 kq çəki dərəcəsindəki Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə Rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Edişeraşvili çempionatın qızıl medalını qazanıb.
86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub.
Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məlub edən Stadnik finala yüksəlib. O, həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanaraq, Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.
57 kq
FİNAL. Giorgi Edişeraşvili - Andrey Dukov (Rumıniya) - 9:0
1/2 final. Giorgi Edişeraşvili - Zavur Uquyev (Rusiya) - 5:1
1/4 final. Zoheir EL Ouarraqe (Fransa) - Giorgi Edişeraşvili 3:10
1/8 final. Dimçik Rinçinov (Belarus) - Giorgi Edişeraşvili 0:10
86 kq
FİNAL. Aleksandr Qostiyev - Davren Kuruqliyev (Rusiya)
1/2 final. Selim Yaşar (Türkiyə) - Aleksandr Qostiyev 2:3
1/4 final - Aleksandr Qostiyev - Vahe Tamrazyan (Ermənistan) 5:3
1/8 final - Aleksandr Qostiyev - Zbiqnev Matyuş Baranovski (Polşa) 3:1
48 kq
FİNAL. İlona Semkiv (Ukrayna) - Mariya Stadnik - 0:10
1/2 final - Emilia Alina Vuc (Rumıniya) - Mariya Stadnik 0:10 (44 san.)
1/4 final - Mariya Stadnik - Evin Demirhan (Türkiyə) 14:1
1/8 final - Mariya Stadnik - Anna Lukasiak (Polşa) 10:0
63 kq
1/4 final. İnna Trajukova (Rusiya) - Elmira Qəmbərova 8:2
1/8 final. Elmira Qəmbərova - Henna Katarina Johansson (İsveç) 4:0 tuşe