Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında qadın güləşçilər mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan yığması 55, 58, 63 və 75 kq çəki dərəcələrindən 3-də təmsil olunub.
Lakin pəhləvanlardan heç biri medal qazana bilməyib. 3 qat Avropa çempionu Nataliya Sinişin elə ilk görüşdəcə, İrina Netreba ilə Elmira Qəmbərova ikinci qarşılaşmasında uduzub. Rəqibləri finaladək yüksələ bilmədiklərindən, onlar mübarizəni erkən dayandırıblar.
55 kq
1/16 final. Nataliya Sinişin - İrina Kuraçkina (Belarus) - 1:2
58 kq
1/4 final. Miçelle Kristina Fazzari (Kanada) - İrina Netreba - 11:0
1/8 final. İrina Netreba - Giedre Blekaytite (Litva) - 8:4
63 kq
1/8 final. Elmira Qəmbərova - Yukako Kavai (Yaponiya) - 2:8
1/16 final. Tayla Tuahine Ford (Yeni Zelandiya) - Elmira Qəmbərova - 0:5
Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.