1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçular üçün önəmli gün
Beynəlxalq Cüdo Federasiyası (IJF) hər ilin bu gününü "Dünya Cüdo günü” kimi qeyd edir.
Sportnet.az-ın məlumatına görə, bu, cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) oktyabrın 28-də anadan olması ilə əlaqədardır.
Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən İJF-yə 195 milli federasiya daxildir.
Azərbaycanda da cüdoya maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli olimpiya çempionu olaraq, tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, "Bakı 2015" I Avropa Oyunlarında, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yüksək nailiyyətlər göstəriblər.
Son iki ildə azərbaycanlı cüdoçular "Rio-2016" Yay Olimpiya Oyunları, Avropa çempionatı, "Böyük Dəbilqə", "World Masters" və "Qran Pri" kimi nüfuzlu yarışlarda medallar qazanıblar. 2016-cı ildə milli komanda Azərbaycan cüdo tarixində ilk dəfə Avropa çempionatının komanda yarışlarında 3-cü yeri tutub. 2017-ci ildə isə ölkə yığması gənclər arasında Avropa birinciliyinin komanda yarışlarında qızıl medal qazanıb.