1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 7 medal
Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.
Yeniyetmə cüdoçular daha 3 medal qazanıblar. Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.
Bununla da Azərbaycan milli komandası Avropa Kubokunda 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, ümumi hesabda 1-ci yeri tutub.
Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunub.