Ukraynanın Xarkov şəhərində keçirilən G1 kateqoriyalı turnirdə ölkəmizin taekvonduçuları da iştirak edir.
Sportnet.az-ın məlumatına görə, yarışda təmsil olunan böyüklərdən ibarət milli komandamızın üç üzvü artıq medala sahib olub.
İlk yarış günü 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov turnirin qalibi olub.
Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medal qazanıblar.
Qeyd edək ki, Xarkov şəhərinin "Lokomotiv” idman sarayında keçirilən "Ukraine Open” turnirinə bu gün yekun vurulacaq.









































































