1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qran Pridə növbəti uğursuzluq - YENİLƏNDİ
Gürcüstanın paytaxtı Tbilisidə Qran Prinin ikinci yarış günü Azərbaycan cüdoçuları üçün uğursuzluqla nəticələnib.
Sportnet.az-ın məlumatına görə, bu gün tatamiyə çıxan Azərbaycanın 3 idmançısı elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. 73 kq çəki dərəsində Paşa Əliyev 1/16 final mərhələsində hollandiyalı Sam Van Vestendeyə Telman Vəliyev isə kiprli Rudolf Kurtidesə yenilib. 81 kq çəkidəki Coşqun Abdullayev isə eyni mərhələdə gürcüstanlı Tamazi Kirakozaşvili ilə görüşdən məğlub ayrılıb.
Qeyd edək ki, ilk yarış günündə də Azərbaycanın 3 cüdoçusu qüvvəsini sınayıb. 60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk mərhələdə rusiyalı Albert Monquşa uduzaraq mübarizəni dayandırıb. Bu çəkidəki digər cüdoçu – Oruc Vəlizadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Çaduneliyə məğlub olub. 66 kq çəki dərəcəsində Elçin Hüseynov ilk mərhələdən qalib ayrılsa da, növbəti mərhələdə özbəkistanlı Şaxram Əhmədovla dueldən məğlub ayrılıb.
Xatırladaq ki, aprelin 1-də Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) tatami üzərinə çıxacaq. Qran Pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparır.