Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.
Sportnet.az-ın məlumatına görə, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.
Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Hacıyev finalda Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.
Qeyd edək ki, Berlin turniri bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.