1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sərbəst güləşçilərimizdən 2 qızıl, 3 bürünc - YENİLƏNDİ
Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında sərbəst güləş növündə 5 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəki dərəcələrində mübarizəyə yekun vurulub.
Azərbaycan təmsilçiləri günü 2 qızıl, 3 bürünc medalla başa vurublar.
57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda belaruslu rəqibinə də qalib gələn gürcüstanlı legioner finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan Edişeraşvili Avropa çempionatının qızıl medalını qazanıb.
65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Əliyevin də rəqibi rusiyalı olub. Ötən ilin dünya çempionu olan İlyas Bekbulatovu əzmkar mübarizəsi ilə üstələyən azərbaycanlı pəhləvan ikinci dəfə Avropa çempionu adını qazanıb.
70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda o, Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə belarusluya qalib gələn Müslümov çempionatın bürünc medalını qazanıb.
Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Final yolunda Həsənov rusiyalı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə o, Türkiyə təmsilçisinə qalib gəlib və çempionatın bürünc medalına sahib olub.
97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda belaruslu ilə gərgin keçən görüşdə hesab bərabər olsa da, son xalı rəqib qazandığından görüşün qalibi olub. Bununla belə, Hacıyev bürünc medal qarşılaşmasında makedoniyalı rəqibini yenərək, fəxri kürsüdə yer alıb.
Avropa çempionatı
Sərbəst güləş
57 kq
FİNAL. Zavur Uguiev (Rusiya) - Georgi Edişeraşvili - 3:5
1/2 final. Vladislav Andreyeu (Belarus) - Georgi Edişeraşvili - 1:4
1/4 final. Georgi Edişeraşvili - Miqran Jaburyan (Armənistan) - 10:0
1/8 final. Georgi Edişeraşvili - Mikyay Salim Naim (Bolqarıstan) - 10:0
65 kq
FİNAL Hacı Əliyev - İlyas Bekbulatov (Rusiya) - 8:7
1/2 final - David Habat (Sloveniya) - Hacı Əliyev - 0:3
1/4 final - Selahattin Kılıçsallayan (Türkiyə) - Hacı Əliyev - 2:9
1/8 final. Hacı Əliyev - Qabriel Yanatş (Avstriya) - 10:0
70 kq
Bürünc medal görüşü. Azamat Nurikov (Belarus) - Murtuz Müslümov - 2:9
1/2 final. Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (Polşa) - 2:3
1/4 final. Miroslav Kirov (Bolqarıstan) - Murtuz Müslümov - 2:7
1/8 final. Murtazali Muslimov - Aleksandr Semisorov (Almaniya) - 9:8
79 kq
Bürünc medal görüşü. Muhammet Nuri Kotanoğlu (Türkiyə) - Cəbrayıl Həsənov - 4:10
1/2 final. Axmed Qazimaqomedov (Rusiya) - Cəbrayıl Həsənov - 6:4
1/4 final. - Varuzhan Kajoyan (Ermənistan) - Cəbrayıl Həsənov - 1:6
1/8 final. Cəbrayıl Həsənov - Rüstəm Dudayev (Ukrayna) - 8:3
97 kq
Bürünc medal görüşü. Nurmaqomed Hacıyev - Maqomedhacı Nurov (Makedoniya) - 4:0
1/2 final. Nurməhəmməd Hacıyev - Aliaksandr Huştin (Belarus) 7:7*
1/4 final. Nurmaqomed Hacıyev - Georgi Ketoyev (Ermənistan) 3:0