1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatı: Güləşçimiz 7-ci oldu - YENİLƏNDİ
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Azərbaycan təmsilçilərindən Pərviz İbrahimov təsnifat mərhələsində kanadalı rəqibinə qalib gəlib. Ancaq növbəti mərhələdə yaponiyalı güləşçi keçilməz olub.
Gənclərin son dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov böyüklərin mundialında ilk görüşünü rahat qələbəylə başa vurub. O, çətinlik çəkmədən israilli həmkarını üstələyib. Debütant monqolustanlı güləşçi üzərində əzmkar qələbəyə sevinib. Son saniyələrdə icra etdiyi fənd həlledici olub. Lakin 1/4 finalda o, daha təcrübəli gürcüstanlı rəqibinə uduzub. Qonşu ölkənin təmsilçisi finala çıxdığından, Abakarov təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb.
Gənc pəhləvan bu gün özbəkistanlı güləşçi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə nəticələnib. Bununla da Abakarov 7-ci yerlə kifayətlənib.
Murad Süleymanov ilk mərhələdə ötən il Avropa çempionu olan Rusiya təmsilçisinə uduzub. Cəmaləddin Məhəmmədov isə debütdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı ilə bacarmayıb.
61 kq
1/8 final - Pərviz İbrahimov - Kazuya Koyanaqi (JPN) 4:9
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN) 8:6
74 kq
Təsəlliverici görüş - Abubakr Abakarov - Bekzod Abdurrahmanov (UZB) 0:7
1/4 final - Abubakr Abakarov - Avtandil Kentçadze (GEO) 2:5
1/8 final - Abubakr Abakarov - Mandaxnaran Qanzoriq (MGL) 6:5
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR) 10:0
86 kq
Təsnifat - Murad Süleymanov - Dauren Kuriqliyev (RUS) 0:7
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - İbrahim Saidov (BLR) 3:4