Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, yarışın üçüncü günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində veteran cüdoçu Mübariz Cəfərov bürünc medal qazanıb.
Qeyd edək ki, 49 ölkədən 606 (604 kişi, 2 qadın) cüdoçunun qüvvəsini sınadığı dünya çempionatında Azərbaycan millisi 9 usta cüdoçu ilə təmsil olunur.