"Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım".
Sportnet.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib. 79 kq çəki dərəcəsində yer alan yığmanın kapitanı çempionluq üçün nəyinsə çatmadığını söyləyib: "Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".