Azərbaycan cüdoçuları Avstriyanın Mittersill şəhərində ənənəvi beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hazırlıq prosesinə olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatıllblar. Milli üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək gələcək mötəbər yarışlara hazırlaşırlar.
Qeyd edək ki, beynəlxalq təlimlərdə ümumilikdə 52 ölkə təmsil olunur. Toplanış yanvarın 15-dək davam edəcək.