Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında Açıq Avropa Kubokuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan cüdoçuları ümumilikdə 3 medal qazanıblar. Varşava turnirinin ilk günü Oruc Vəlizadə (60 kq) qızıl, İbrahim Əliyev (66 kq) isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Açıq Avropa Kubokunda 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.