
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təltif olunub.
Sportnet.az xəbər verir ki, 54 yaşlı idman funksionerinə Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919 - 2019) ilə bağlı Azərbaycan Respublukasının yubiley medalı verilib.
Qeyd edək ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. O, 2008-ci ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2011-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb. Paytaxt təmsilçisi S.Sadıqovun rəhbərliyi altında 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. “Neftçi” 2012-ci ildə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasınin qrup mərhələsinə vəsiqə qazanıb.