Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-pridə gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi üstələyib. Həlledici qarşılaşmada onun rəqibi cənubi koreyalı Çanqrim An olub. Görüş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanmış Anın qələbəsi ilə yekunlaşıb. O, ümumilikdə 7 dəqiqə 10 saniyə davam etmiş qarşılaşmada qızıl xalla qalib gəlib.
Bu gün mübarizəyə qoşulan digər cüdoçulardan Murad Fətiyev (81 kq) 1/8 finalda, Rukiye Fatma Özerdem (70 kq) isə elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
73 kq
FİNAL. Rüstəm Orucov - Çanqrim An (Cənubi Koreya)
1/2 final. Rüstəm Orucov - Leçi Ediyev (Rusiya)
1/4 final. Rüstəm Orucov - Dmitro Kanivets (Ukrayna)
1/8 final. Rüstəm Orucov - Faye Njie (Qambiya)
1/16 final. Rüstəm Orucov - Hyunçeol Kanq (Cənubi Koreya)
81 kq
1/8 final. Murad Fətiyev - Etyen Briand (Kanada)
1/16 final. Murad Fətiyev - Marsel Kerkya (Rumıniya)
1/32 final. Murad Fətiyev - Gilyerme Şmidt (Braziliya)
70 kq
1/16 final. Rukiye Fatma Özerdem - Taisiya Kireyeva
Qeyd edək ki, ilk yarış günündə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medal qazanıb.