
Qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun atası və Rusiya Federasiyasının Əməkdar məşqçisi Abdulmanap Nurməhəmmədovqadın güləşçilərdən ibarət Rusiya yığmasında çalışmağa razılıq verib.
Sportnet.az xəbər verir ki, mütəxəssis bu barədə TASS-a açıqlamasında bildirib. O, dostlarının orada işlədiyini, qadın idmançların çəki atmasına və onlara dözümlülük baxımından kömək etməyə hazır olduğunu bildirib.
A.Nurməhəmmədov komandada məsləhətçi kimi çalışacağını söyləyib.
Qeyd edək ki, Rusiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarovdur.