
Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kubokunun son günündə də Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
Sportnet.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub.
Qeyd edək ki, Aktau turnirinin ilk günündə Yaşar Nəcəfov bürünc medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.