Estoniyada cüdo üzrə Açıq Avropa Kubokuna start verilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.
Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan rumıniyalı legioner yalnız bir görüşdə - turnirin fransalı çempionu Prişila Qnetoya uduzaraq 3-cü yeri tutub. O, bürünc medal qarşılaşmasında Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.
Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.