Azərbaycanın qadın cüdoçuları Kamerunda keçirilmiş Açıq Afrika Kubokunda 5 medal qazanıblar.
Sportnet.az əbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda cüdoçuların hamısı fəxri kürsüyə yüksəlib. Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) qızıl medal əldə edib. Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munçxedev (57 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Afrika Açıq Kubokunda 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.