
Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.