Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akıl Qyakova ilə üz-üzə gəlib. Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal qazanıb.
Bu çəkidəki digər cüdoçu Hidayət Heydərov mübarizəni erkən dayandırıb. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, daha sonra yaponiyalı Masaşi Ebinumaya məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyib.