Şamaxıda qətl hadisəsi törədilib.
Sportnet.az-ın məlumatına görə, hadisə şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb. Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılb.
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Hacıyev Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə 2012-ci ildə güləş üzrə yeniyetmələr arasında Avropa çempionu, eləcə də yeniyetmələr və gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olub (APA).