Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.
Gənclər və İdman Nazirliyindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan tərəfinin çıxardığı qərar Beynəlxalq Cüdo Federasiyasının da diqqətinə çatdırılıb.
Qeyd edək ki, Böyük Dəbilqə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Olimpiada 24 iyul - 9 avqustda keçirilməlidir.