ABŞ-ın peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson 1995-ci ildə qalib gəldiyi Piter Maknili ilə yenidən qarşılaşa bilər.
Sportnet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 54 yaşlı idmançıya 25 il öncə 89 saniyəyə nokauta saldığı həmyerlisi ilə növbəti dəfə döyüşmək üçün 1 milyon ABŞ dolları təklif olunub.
Onun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, aprelin sonunda Mayk Tayson rinqə qayıtmaq istədiyini deyib. O, peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. 54 yaşlı idmançı karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.