
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska "World Masters” turnirində gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Romana Dikkonu sınağa çəkib və rəqibinə ipponla uduzub.
Qeyd edək ki, daha əvvəl 100 kq-da yarışan Zelim Kotsoyev finalda məğlub olaraq, gümüş medal əldə edib.
----------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində final görüşünə çıxıb.
Sportnet.az məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kotsoyev gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın turnirdə ilk medalı olub.
Qeyd edək ki, Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska da "World Masters” turnirində finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.
-----------------------------------------------
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kindzerska finala yüksəlib. O, həlledici görüşdə fransalı Romana Dikkonu sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl kişi cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində finala yüksəlib.
-----------------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk3 görüşündə Ramazan Dərviş (Misir), Quham Ço (Cənubi Koreya) və Şadi Elnahası (Kanada) məğlub edib.
Yarımfinalda isə Kotsoyev Simeon Katharinanı (Niderland) qızıl xalla üstələməyi bacarıb.
Eyni çəkidəki Elmar Qasımov Rafael Buzakariniyə (Braziliya) qalib gəlsə də, Peter Paltçikin (İsrail) müqavimətini qıra bilməyib.
Qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində İrina Kindzerska yarışa 1/8 finaldan qoşulub və Jasmin Qrabovski (Almaniya) ilə Hayun Kimdən (Cənubi Koreya) güclü olub. O, yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gələcək.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu mübarizə aparsa da, heç biri medal qazana bilməyib.
Kişilər
100 kq
1/2 final. Zelim Kotsoyev - Simeon Katharina (Niderland)
1/4 final Zelim Kotsoyev - Şadi Elnanas (Kanada)
1/8 final. Zelim Kotsoyev - Guham Ço (Cənubi Koreya)
1/16 final. Zelim Kotsoyev - Ramazan Dərviş (Misir)
1/8 final. Elmar Qasımov - Peter Paltçik (İsrail)
1/16 final. Elmar Qasımov - Rafael Buzakarini (Braziliya)
Qadınlar
1/2 final İrina Kindzerska - Hortens Vanessa Mballa Atanqana
1/4 final. İrina Kindzerska - Hayun Kimdən (Cənubi Koreya)
1/8 final. İrina Kindzerska - Jasmin Qrabovski (Almaniya)