
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Fransa təmsilçisi Luka Mxeidze ilə üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə cərimələrlə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız başa vurublar.
---------------------------------------------------------
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcində çıxış edən idmançı Qazaxıstan təmsilçisi Yeldos Smetovla üz-üzə gəlib. Rəqibinə uduzan Hüseynov bürünc medal uğrunda görüşdə iştirak edəcək.
Eyni çəkidəki Oruc Vəlizadə Morits Plafkini (Almaniya) mübarizədən kənarlaşdırsa da, Kemran Nurillayevin (Özbəkistan) müqavimətini qıra bilməyib.
66 kq-da son Avropa çempionu Orxan Səfərov 1/16 finalda Lukas Sahaya (Finlandiya) uduzub. Bu çəkidəki Nicat Şıxəlizadə ilk görüşdə Bojidar Temelkova (Bolqarıstan) qalib gəlsə də, Baul Anla (Cənubi Koreya) bacarmayıb.
Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirib. Əliyeva Gülnur Muratbəyovanı məğlub edib, Qurbanlı isə Həliməcan Kurbonova ilə dueldən məğlub ayrılıb. Leyla Əliyeva isə 1/8 finalda Milika Nikoliç (Serbiya) səddini keçə bilməyib.
-----------------------------------------------------------
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulub.
60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda isə Cənubi Koreyadan olan Harim Lini mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda türkiyəli Mirac Akkusla üz-üzə gələcək. Eyni çəkidəki Oruc Vəlizadə 1/16 finalda almaniyalı Morits Plafkinin müqavimətini qırmağa çalışacaq.
66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə eyni raundda finlandiyalı Lukas Saha ilə görüşəcək.
Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva və Aişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirəcək.Əliyeva Gülnur Muratbəyova, Qurbanlı Həliməcan Kurbonova ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir martın 7-dək davam edəcək. Azərbaycan Böyük Dəbilqədə 12 cüdoçu ilə təmsil olunur.
Kişilər
60 kq
1/32 final. Kəramət Hüseynov - Ayub Bliyev (Rusiya)
1/16 final. Kəramət Hüseynov - Harim Li (Cənubi Koreya)
1/8 final. Kəramət Hüseynov - Mirac Akkuş (Türkiyə)
1/4 final. Kəramət Hüseynov - Şahboz Saidaburorov (Tacikistan)
1/2 final. Kəramət Hüseynov - Yeldos Smetov (Qazaxıstan)
1/16 final. Oruc Vəlizadə - Morits Plafki (Almaniya)
1/8 final. Oruc Vəlizadə - Kemran Nurillayev (Özbəkistan)
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)
1/8 final. Nicat Şıxəlizadə - Baul An (Cənubi Koreya)
1/8 final. Orxan Səfərov - Lukas Saha (Finlandiya)
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva - Gülnur Muratbəyova (Özbəkistan)
1/8 final. Leyla Əliyeva - Milika Nikoliç (Serbiya)
1/16 final. Aişə Qurbanlı - Həliməcan Qurbanova (Özbəkistan)