Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, gələcək yarışlara hazırlıqlarını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri hazırda Özbəkistandadır.
Paytaxt Daşkənddə təşkil olunan beynəlxalq təlim-məşq toplantısına aparıcı cüdoçular qatılıb. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələrin yığmaları qoşulub.
Qeyd edək ki, Azərbaycan millisi 26 - 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 - 3 apreldə Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə iştirak edəcək. Yığma 16 - 18 apreldə Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizə aparacaq.