Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforukla üz-üzə gəlib.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi rusiyalı İsrail Kasumov olacaq.
Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya), Rəhimzadə isə George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
---------------------
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, qitə birinciliyində ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxıb.
57 kq-da Əfqan Xaşalov 1/8 finalda yunanıstanlı Yannis Martidisi, növbəti raundda isə Rumıniya təmsilçisi Razvan Kovaçsı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Naçın Monquş (Rusiya) olacaq.
65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə də yarışa 1/8 finaldan başlayıb. İlk görüşündə ermənistanlı Gevorq Tadevosyana qalib gələn Rəhimzadə ardınca Şmagi Toduadan (Gürcüstan) güclü olub və yarımfinala yüksəlib. Rəhimzadə finala çıxmaq üçün Zagir Şakiyevlə (Rusiya) güləşəcək.
70 kq-dakı Turan Bayramov 1/8 finalda Nikolae Koyokarunu (Böyük Britaniya), növbəti mərhələdə isə türkiyəli Haydar Yavuzu mübarizədən kənarlaşdıraraq, yarımfinala adlayıb. Bayramov bu mərhələdə ukraynalı İqor Nikiforukla qarşılaşacaq.
79 kq-da yarışan Rəşad Yusifli isə mübarizəyə 1/6 finaldan start verib. O, ardıcıl olaraq, Andrey Sokalski, Oktay Hasan (Bolqarıstan) və Andrey Karpaç (Belarus) üzərində qələbə qazanaraq, yarımfinal gürüşünə vəsiqə əldə edib.
97 kq çəki dərəcəsində Şamil Zubairov 1/8 finalda rumıniyalı Albert Saritova qalib gəlsə də, növbəti mərhələdə Türkiyə idmançısı Süleyman Karadenizə uduzub.
------------------
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.
------------------
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.
Sportnet.az-ın məlumatına görə, qitə birinciliyində ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq.
65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyanla üz-üzə gələcək.
Güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edəcək.
57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) - 10:0
1/4 final: Əfqan Xaşalov - Razvan Kovaçs (Rumıniya) - *3:3
1/2 final: Əfqan Xaşalov - Naçın Monquş (Rusiya) - 0:2
Bürünc medal görüşü: Əfqan Xaşalov - Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya)
65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan) - 2:1
1/4 final: Əli Rəhimzadə - Şmagi Todua (Gürcüstan) - 9:4
1/2 final. Əli Rəhimzadə - Zagir Şakiyev (Rusiya) - 5:8
Bürünc medal görüşü: Əli Rəhimzadə - George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna)
70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) - 10:0
1/4 final: Turan Bayramov - Haydar Yavuz (Türkiyə) - 3:2
1/2 final: Turan Bayramov - İqor Nikiforuk (Ukrayna)
Final: Turan Bayramov - İsrail Kasumov (Rusiya)
79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) - 9:0
1/8 final: Rəşad Yusifli - Oktay Hasan (Bolqarıstan) - 3:0
1/4 final: Rəşad Yusifli - Andrey Karpaç (Belarus) - 7:4
1/2 final: Rəşad Yusifli - Sayfedin Alexma (Fransa) - 1:6
Bürünc medal görüşü:
97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) - +:-
1/4 final: Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə) - 4:6