Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin ilk rəqibləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.
Aprelin 21-də Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, bir gün sonra isə Tatyana Varansova və İrina Netreba xalça üzərinə çıxacaq.
50 kq
1/4 final: Mariya Stadnik - (Rusiya) - Yekaterina Poleşçuk (Rusiya)
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)