Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 2 qat dünya və 7 qat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.
76 kq-da çıxış edən Səbirə Əliyeva isə bürünc medal uğrunda görüşdə moldovalı Yuliya Leordaya 0:13 hesabı ilə uduzub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
--------------------
Azərbaycanın qadın güləşçisi İrina Netreba Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı ukraynalı Tatyana Rijko ilə qarşılaşıb.
Rəqibinə 1:11 hesabı ilə uduzan Netreba finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.
53 kq-da Tatyana Varansova da Avropa çempionatında "bürünc" qazana bilər. Onun 1/4 finalda uduzduğu Rusiya təmsilçisi Olqa Xoroşavtsova finala vəsiqə qazandığından, Varansova 3-cü yer uğunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın digər qadın güləşçilərindən Mariya Stadnik (50 kq) qızıl, Səbirə Əliyeva (76 kq) isə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
-------------------------
Azərbaycanın daha bir qadın güləşçisi Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən İrina Netreba 1/8 finalda Tatyana Pavlovaya (Belarus), növbəti raundda isə Sofiya Georgiyevaya (Bolqarıstan) qalib gəlib.
Tatyana Varansova (53 kq) isə 1/4 final mərhələsində Olqa Xoroşavtsovaya (Rusiya) uduzub.
Bu gün həmçinin 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.
----------------------------------------------
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 qadın güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az məlumatına görə, İrina Netrebanın (65 kq) ilk görüşü 1/8 finalda belaruslu Tatyana Pavlovaya qarşı olacaq.
Tatyana Varansova (53 kq) isə 1/4 finalda rusiyalı Olqa Xoroşavtsova ilə üz-üzə gələcək.
Avropa çempionatı
22 aprel
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya) - 0:4
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus) - 2:0
1/4 final: İrina Netreba - Sofiya Georgiyeva (Bolqarıstan) - 10:4
1/2 final: İrina Netraba - Tatyana Rijko (Ukrayna) - 1:11
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi.
Eyni zamanda, 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.
50 kq
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan) - 7:2
76 kq
Bürünc medal görüşü: Səbirə Əliyeva - Vanessa Veskan (Fransa) - 0:13
Qeyd edək ki, təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.