
Azərbaycanın iki qadın güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 53 kq-da mübarizə aparan Tatyana Varansova moldovalı Yuliya Leorda ilə üz-üzə gəlib. 0:10 hesabı ilə uduzan idmançı medalszı qalıb.
65 kq-da çıxış edən İrina Netreba isə 3-cü yer uğrunda Rumıniya təmsilçisi Krişta İnçeyə 3:4 hesabı ilə məğlub olaraq, bürünc medal şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Mariya Stadnik (50 kq) Avropa çempionu olub. Kişi sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
---------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq-da çıxış edən Avropa və dünya çempionu finala gedən yolda Rusiya təmsilçisi Emin Seferşayevlə üz-üzə gəlib.
Rəqibini 4:5 hesabı ilə məğlub edən Əzizli finala vəsiqə qazana bilməyib. O, saba bürünc medal uğrunda güləşəcək.
63 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov isə yarımfinalda latviyalı Aleksandrs Yurkyansa 7:1 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionatının finalına adlayıb. Onun qızıl medal qarşılaşmasındakı rəqibi Rusiya təmsilçisi Cambolat Lokyayev olacaq.
77 kq-da çıxış edən Sənan Süleymanovun 1/4 finalda uduzduğu türkiyəli Yunus Emre Başar finala yüksəldiyindən, son Avropa çempionu təsəlliverici görüşdə Ermənistan güləşçisi Varujan Qriqoryanla qüvvəsini sınayacaq.
--------------------------
Azərbaycanın 2 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu Eldəniz Əzizli ardıcıl olaraq Nedyalko Petrov (Bolqarıstan) və Nuqzari Tsurtsumianı (Gürcüstan) məğlub edib. O, finala gedən yolda Emin Seferşayevlə (Rusiya) görüşəcək.
63 kq-dakı Taleh Məmmədov Nikolay Viçev (Bolqarıstan) və Qraçya Poqosyana (Ermənistan) qalib gəlib. Onun yarımfinaldakı rəqibi Aleksandrs Yurkyans (Latviya) olacaq.
Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə Harri Latvalı (Finlandiya) büdrətsə də, Yunus Emre Başarı (Türkiyə) yenə bilməyib.
Qeyd edək ki, bu gün eyni zamanda qadın güləşində medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək. Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.
-----------------------------------------------------------
Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.
Dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və son Avropa çempionu Sənan Süleymanov (77 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Əzizli və Məmmədov Bolqarıstan, Süleymanov isə Finlandiya təmsilçisi ilə görüşəcək. Azərbaycanın digər 5 yunan-Roma güləşçisi növbəti gün qüvvəsini sınayacaq.
Avropa çempionatı
Yunan-Roma güləşi
23 aprel
55 kq
1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan) - 12:4.
1/4 final: Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 10:1
1/2 final. Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) - 4:5
Bürünc medal görüşü: Eldəniz Əzizli -
63 kq
1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan) - 9:6
1/4 final: Taleh Məmmədov - Qraçya Poqosyan (Ermənistan) - 2:2
1/2 final. Taleh Məmmədov - Aleksandrs Yurkyans (Latviya)
77 kq
1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya) - 9:0
1/4 final Sənan Süleymanov - Yunus Emre Basar (Türkiyə) - 4:9
Bu gün eyni zamanda qadın güləşində təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Tatyana Varansova (53 kq) bürünc medal uğrunda görüşdə Yuliya Leorda (Moldova) ilə, İrina Netreba (65 kq) Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə ilə güləşəcək.
Qadın güləşi
53 kq
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova) - 0:10
65 kq
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) - 3:4
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.