Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri sona çatıb.
Sportnet.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov döşək üzərinə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. O, 1/4 finalda İran idmançısına məğlub olub.
Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən azərbaycanlı güləşçi bürünc medala yiyələnib.
97 kq
Təsnifat: İslam Abbasov - İbrahim Tığcı (Türkiyə) 5:1
1/4 final: İslam Abbasov - Mehdi Məhəmməd Balihamzadə (İran) 5:8
Təsəlliverici görüş: İslam Abbasov - Matias Bak (Danimarka) 7:2
Bürünc medal görüşü: İslam Abbasov - Gerard Kurniçak (Polşa) 4:0.