
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.
Sportnet.az-ın məlumatına görə, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov qızıl medala sahib olub. 66 kq çəkidəki Nəriman Mirzəyev isə bürünc medal əldə edib.
Beləliklə, gənclərdən ibarət milli komanda Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.