
Məqsədim çempion olmaq idi".
Spornet.az-ın məlumatına görə, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Vüqar Şirinli deyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokioda Azərbaycan bayrağını ucaltdığı üçün sevindiyini bildirib: "Mənim üçün ikiqat bayramdır. Vətən müharibəsində qələbə qazandıq, daha sonra isə paralimpiya çempionu oldum".