Azərbaycanın daha iki sərbəst güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan İslam İlyasov və 125 kq-da yarışan Aydın Əhmədov finalda uduzaraq gümüş medal qazanıb.
Beləliklə, Azərbaycanın sərbəst güləş millisi yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 6 qızıl, 4 gümüş və 11 bürünc medal var.
-------------------------------------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 6-cı qızıl medalıdır.
Qeyd edək ki, hazırda ölkənin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var.
----------------------------------------------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 5-ci qızıl medalıdır.
Qeyd edək ki, hazırda ölkənin aktivində 5 qızıl, 2 gümüş və 11 bürünc medal var.
-------------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Bu, Azərbaycanın MDB Oyunlarında 4-cü qızıl medalı olub.
Qeyd edək ki, hazırda ölkənin aktivində 4 qızıl, 2 gümüş və 11 bürünc medal var.
-------------------------------------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Sabir Cəfərov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medala sahib çıxıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 11 bürünc medal var.
--------------------------------------------------------------------------
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın 10 sərbəst güləşçisi yarışda mübarizəyə başlayıb.