10-11 sentyabrda Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının üçüncü mərhələsi keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan güləşçiləri bu yarışda 3 medal qazanıb.
Oyan Nəzəriani (+90 kq) qızıl, Omid Kamaliağdam (80 kq) və İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə edib.
Azərbaycan medalların sayına görə 1-ci yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.