ABŞ-ın MMA döyüşçüsü Metyu Semelsberger həmyerlisi Martin Sanonu ilk raunddaca nokauta salıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Las-Veqasda UFC-266 gecəsində baş tutub. Görüş başlanğıcından 15 saniyə sonra yekunlaşıb.
Qeyd edək ki, bu, Metyu Semelsbergerin ən güclü liqada üçüncü qələbəsidir. Onun passivində cəmi bir məğlubiyyət var. Ümumilikdə isə Semelsberger döyüşlərindən 9 qələbə, 3 məğlubiyyətlə ayrılıb.