
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Deyvid Teylorla (ABŞ) üz-üzə gəlib.
Qarşılaşmadan məğlub ayrılan Abakarov bürünc medal uğrunda görüşə çıxacaq. O, sabah Əhməd Aybuyev (Fransa) / Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, Azərbaycanın digər iki təmsilçisinin yarışı medalsız başa vuracağı dəqiqləşib.
---------------------------------------------
Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək.
74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.
Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
---------------------------------------------------------
Bu gün Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Xurski ilə üz-üzə gələcək.
Coşqun Əzimov (74 kq) eyni raundda Mathayo Mahabila (Keniya) ilə, Abubakr Abakarov (86 kq) isə Ahmed Dudarovla (Almaniya) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Dünya çempionatı
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna) - 4:5
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya) - 10:0
1/8 final: Coşqun Əzimov - Azamat Nurikov (Belarus) - 2:2*
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya) 7:0
1/8 final: Abubakr Abakarov - Məhəmməd Əliyev (Ukrayna) 13:2
1/4 final: Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 10:2
1/2 final: Abubakr Abakarov - Deyvid Teylor (ABŞ) 2:6
Bürünc medal görüşü: Abubakr Abakarov - Əhməd Aybuyev (Fransa) / Boris Makoyev (Slovakiya)
Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, oktyabrın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.