Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb.
Sportnet.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib - 9:5.
Abakarov əvvəlki görüşlərində Ahmed Dudarovu (Almaniya) 7:0, Məhəmməd Əliyevi (Ukrayna) 13:2, Sandro Aminaşvilini (Gürcüstan) 10:2 hesabı ilə yenib. Yarımfinalda o, ABŞ təmsilçisi Deyvid Teylora 2:6 hesabı ilə uduzaraq, finala yüksələ bilməyib.
Qeyd edək ki, bu, Abubakr Abakarovun böyüklər arasında dünya çempionatlarında ilk medalıdır.
------------------------------
Azərbaycanın daha 4 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq-da çıxış edən Əfqan Xaşalov 1/8 finalda meksikalı Roberto Alexandroya qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçisi Horst Lerə uduzub.
65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk mərhələdə Cənubi Koreyadan olan Yunsik Yuna məğlub olaraq mübarizəni dayandırıb.
79 kq-da yarışan Əşrəf Aşırov 1/8 finalda slovakiyalı Axşarbek Qulayev üzərində inamlı qələbə qazanıb. Lakin o, növbəti mərhələdə yaponiyalı Ryuki Yoşida ilə bacarmayıb.
92 kq-dakı Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Milli üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisi Prutviraj Patilə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov 1/4 finalda Avropa ikincisi olmuş Polşa güləşçisi Mateuş Baranovskidən üstün olub. Yarımfinalda rusiyalı Məhəmməd Qurbanovla qarşılaşan idmançı görüşdən məğlub ayrılıb. Nurməhəmmədov bürünc medal uğrunda yarışacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (61 kq) və Coşqun Əzimov (74) dünya çempionatı ilə vidalaşıb. Abubakr Abakarov (86 kq) isə bürünc medal uğrunda güləşəcək.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika) - *8:8
1/4 final: Əfqan Xaşalov - Horst Ler (Almaniya) - 1:4
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya) - 2:3
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya) - 4:0
1/4 final: Əşrəf Aşırov - Ryuki Yoşida (Yaponiya) - 4:4*
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan) - 10:0
1/4 final: Osman Nurməhəmmədov - Mateuş Baranovski (Polşa) - 7:3
1/2 final: Osman Nurməhəmmədov - Məhəmməd Qurbanov (Rusiya) - 4:7
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Hyeokbeom Qvon (Cənubi Koreya) / Omarhacı Məhəmmədov (Belarus)