Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal qazanmaq şansını itirib.
Sportnet.az-ın məlumatına görə, buna 59 kq-da mübarizə aparan idmançının 1/8 final mərhələsində uduzduğu belaruslu Kristina Sazıkinanın həlledici qarşılaşmaya vəsiqə qazana bilməməsi səbəb olub.
Beləliklə, Kolesnik təsəlliverici görüşlərə qatıla bilməyəcək.
----------------------------------------
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edib.
O, belaruslu Kristina Sazıkinaya 4:8 hesabı ilə uduzub. Sazıkina finaladək irəliləyə bilməsə, Kolesnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansını da itirəcək.
Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.
-----------------------------------------
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Alyona Kolesnikin ilk görüşü 1/8 final mərhələsinə təsadüf edəcək. Onun rəqibi belaruslu Kristina Sazıkina olacaq. Qələbə qazanacaq güləşçi növbəti mərhələdə Ebru Dağbaşı (Türkiyə) / Maya Qabriella Nelson (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycanın daha 2 təmsilçisi - Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medalla kifayətlənib.