Yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.
Sportnet.az-ın məlumatına görə, 82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı iki ölkənin bayrağını götürərək, xalça üzərində dövrə vurub.
Qeyd edək ki, Hüseynov finalda türkiyəli Burhan Akbudakı məğlub edib. Bu, onun ilk dünya çempionluğudur.